AZ

"​Bizə dinclik yoxdur" -

"Qalatasaray"ın ulduz futbolçusu Yunus Akgün "Başakşehirspor" qalibiyyətini şərh edib. Metbuat.az xəbər verir ki, 26 yaşlı futbolçu ötən gecə qazandıqları qələbəni "çempionluq yolunda mühüm addım" kimi qiymətləndirib. O, güclü rəqibi məğlub etdikləri üçün xoşbəxt olduqlarını bildirib.

Yunus Akgün hədəflərinin böyük olduğunu vurğulayıb. "Türkiyədə çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Çempionlar Liqasında da uğür qazanmaq istəyirik. İlk hədəfimiz "Liverpul" səddini aşmaqdır. Bu gündən məşqlərə baslamışıq. Hədəflərimizə çatmayana kimi bizə dinclik yoxdur", - ulduz futbolçu belə deyib.

Seçilən
21
metbuat.az

1Mənbələr