Quba rayonunda qadın dəm qazından boğularaq ölüb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonunun Xucbala kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin məktəbində müəllim işləyən 44 yaşlı Aytən Baxışova hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Onun 4 uşaq anası olduğu bildirilir.
Faktla bağla araşdırma aparılır.