AZ

“Mançester Yunayted” “Aston Villa”ya qalib gəldi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 30-cu turunda “Mançester Yunayted” və “Aston Villa” üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, görüş “Old Traford” stadionunda keçirilib və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçı əsas hakim Entoni Teylor idarə edib.

53-cü dəqiqədə Kazemiro meydan sahiblərini hesabda irəli çıxarıb. 64-cü dəqiqədə Ross Barkli fərqi bərabərləşdirib. 71-ci dəqiqədə Mateus Kunya komandasını yenidən önə çıxarıb, 81-ci dəqiqədə isə Benyamin Şeşko hesabı 3:1-ə çatdırıb.

Bu qələbədən sonra “Mançester Yunayted” 54 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Aston Villa” isə 51 xalla dördüncü sıradadır.

Növbəti turda “qırmızı şeytanlar” martın 20-də səfərdə “Bornmut”la qarşılaşacaq. “Villalar” isə martın 22-də öz meydanında “Vest Hem Yunayted”i qəbul edəcək.

Seçilən
60
90deqiqe.az

1Mənbələr