AZ

“İranla münaqişə bir neçə həftəyə başa çatacaq” –ABŞ-ın energetika naziri

İranla münaqişə yaxın bir neçə həftə ərzində bitəcək.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt deyib.

Onun sözlərin görə, İranla münaqişə yaxın bir neçə həftə ərzində, bəlkə də daha tez başa çatacaq.

“Düşünürəm ki, münaqişə yaxın bir neçə həftə ərzində mütləq başa çatacaq. Bu, daha tez baş verə bilər, amma münaqişə yaxın bir neçə həftə ərzində başa çatmalıdır”, – deyə o, ABC-yə bildirib.

Nazir əlavə edib ki, amerikalılar eyni müddət ərzində yanacaq qiymətlərinin aşağı düşməsini gözləməlidirlər, lakin heç bir zəmanət yoxdur: “Müharibədə heç bir zəmanət yoxdur. Bu, daha yaxşı bir vəziyyət tapmaq üçün dözmək lazım olan qısa bir ağrıdır”, – deyə Rayt bildirib.

AzPost.az

Seçilən
12
azpost.info

1Mənbələr