Livanın cənubunda İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi dəqiq zərbə nəticəsində “Hizbullah”ın bir neçə yüksək vəzifəli rəhbəri öldürülüb.
KONKRET.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, hücum zamanı təşkilatın siyasi bölməsinin əsas fiqurlarından olan Məhəmməd Buşi və Rabi Kubeysi zərərsizləşdirilib.
Bundan əlavə, “Hizbullah”ın mətbuat xidməti təşkilatın hərbi qanadına daxil olan “Nəsr korpusu”nun komandiri Ramazan Həsən Səlamənin də həlak olduğunu təsdiqləyib. Bildirilir ki, o, uzun illər İranın İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandiri Qasım Süleymaninin yaxın tərəfdaşlarından biri olub.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi Livanın cənubunda həyata keçirilib.
Hadisə bölgədə gərginliyin daha da artacağı ilə bağlı ehtimalları gücləndirib.\\Musavat.com