AZ

"İstefa qışqıranlar 13-14 yaşlı uşaqlardır" - Kaxaber Sxadadze

style='margin-bottom:10px;'>

"Qəbələ" Misli Premyer Liqasının 24-cü turu çərçivəsində evdə "Neftçi" ilə üz-üzə gəlib. Qarşılaşma Qəbələ təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

QOL.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb:

"Fikrimcə, meydanda kifayət qədər bərabər mübarizə keçdi. Matça çox yaxşı başlamışdıq, lakin təəssüf ki, qapımızda çox sadə qollar gördük. Bu səviyyədə, xüsusilə də "Neftçi" kimi təcrübəli komandalara qarşı belə fərdi səhvlərə yol vermək olmaz. Hazırda bizim üçün ən vacib məqam psixologiya üzərində işləməkdir. Görünən odur ki, futbolçularda psixoloji baxımdan ciddi sıxıntı var. Fiziki hazırlıq cəhətdən isə hər hansı bir problemimizin olduğunu düşünmürəm".

Təcrübəli mütəxəssis tribunadan gələn istefa şüarlarına da sərt reaksiya verib:

"Müəyyən müddətdir burada çalışıram, lakin bəzi azarkeşlərin məni istefaya səsləməsini anlamaqda çətinlik çəkirəm. Avropada belə çətin vəziyyətlərdə komandaya və baş məşqçiyə sona qədər dəstək nümayiş etdirirlər. Tribunadan istefa qışqıranlar isə əsasən 13-14 yaşlı uşaqlardır".

Seçilən
35
teleqraf.com

1Mənbələr