AZ

“Neftçi”nin baş məşqçisi: “Hakimlik yaxşı səviyyədə idi”

QƏBƏLƏ, 15 mart. TELEQRAF

“Hakimliklə bağlı çox söz-söhbət olmuşdu. Amma bugünki oyunda yaxşı səviyyədə idi. Hər oyun bu səviyyədə olsa, yaxşı olar”.
Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının XXIV turunda “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmanı belə şərh edib:

“Azarkeşlərimizə təşəkkür edirəm, hər oyunda bizə dəstək verirlər. “Qəbələ” çox maraqlı komandadır, onlar uduzsa da qarşılaşma mənim xoşuma gəldi”.

Seçilən
40
teleqraf.com

1Mənbələr