AZ

Tehranın kəşfiyyat beyni vuruldu: Kosmik Tədqiqatlar Mərkəzi alovlar içində

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Qətərin "Al Jazeera" telekanalının yaydığı son məlumatlara görə, İranın Tehranın qərb hissəsində yerləşən Kosmik Tədqiqatlar Mərkəzi ABŞ və İsrailin birgə hava hücumları nəticəsində ciddi dağıntılara məruz qalıb.Turkustan.az xəbər verir ki, bu obyekt İranın hərbi və mülki kosmik proqramı üçün strateji əhəmiyyət kəsb edən, xüsusilə peyk çəkilişləri və kəşfiyyat məlumatlarının xəritələşdirilməsi sahəsində ixtisaslaşmış ən mühüm mərkəz sayılır. Hərbi ekspertlər bildirirlər ki, mərkəzin hədəf alınması Tehranın kosmosdan kəşfiyyat aparma və raket zərbələri üçün dəqiq koordinatları müəyyən etmə qabiliyyətinə sarsıdıcı zərbə vurub.Hücum nəticəsində mərkəzdəki yüksək texnoloji avadanlıqların, server otaqlarının və peyk idarəetmə sistemlərinin sıradan çıxdığı iddia edilir.İran rəsmiləri hələlik dağıntıların miqyası barədə rəsmi açıqlama verməsələr də, Tehrandakı monitorinq qrupları həmin ərazidən bir neçə saat ərzində güclü tüstü yüksəldiyini və əraziyə girişin tamamilə qapadıldığını təsdiqləyiblər.Bu zərbə müttəfiqlərin İranda yalnız hərbi bazaları deyil, həm də ölkənin texnoloji-kəşfiyyat potensialını məhv etmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
icma.az

2Mənbələr