İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xüsusi müfəttişi vəzifəsində çalışan general-mayor Əbülqasim Babaianın öldüyünü açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə bəyanatda onun ABŞ-İsrail hücumunda öldürüldüyü bildirilir.
Bəyanatda qeyd olunur ki, Babaian qırx ildən çox SEPAH-dakı fəaliyyəti ilə ölkənin müdafiəsi və xidməti ilə bağlı fəaliyyətlərdə iştirak edib. O, hərbi komandanlıqda yüksək vəzifə tutub və İranın hərbi rəhbərliyində təmsil olunub.
Həmçinin, hücumda onun ailə üzvlərinin həlak olduğu bildirilib. Bəyanatda mərhumun yaxınlarına və əsgər yoldaşlarına başsağlığı verilib.