AZ

İran ordusundan Türkiyə ilə bağlı açıqlama! 

İran ordusu iddia edib ki, ABŞ və İsrail İranın PUA-sını (pilotsuz uçuş aparatını) təqlid edərək region ölkələrinə hücumlar təşkil edir.

Vətəninfo.az xəbər verir ki, iran ordusunun sözçü Zülfikari bildirib ki, son günlər Türkiyə, Küveyt və İraq kimi bəzi qonşu və dost ölkələrə edilən qəsdən hücumlar və bunların İran Silahlı Qüvvələrinə aid edilməsi bu manipulyasiyanın nümunələridir. İran İnqilab Keşikçiləri Korpusuna bağlı Hatəmül Ənbiya Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfikari, ABŞ və İsrailin İranın “Şahid-136” PUA-sını təqlid edərək region ölkələrində qanunsuz hədəflərə hücumlar təşkil etdiyini iddia edib.  Zülfikari bu məsələ ilə bağlı açıqlamasında qeyd edir ki, düşmən (ABŞ və İsrail) gizli bir planla İranın ‘Şahid-136’ PUA-sını təqlid edərək ‘Lucas PUA’ adı ilə region ölkələrində qanunsuz hədəflərə hücumlar həyata keçirir. İranlı sözçünün sözlərinə görə, bu hücumların məqsədi İran ilə qonşu ölkələr arasında qarşıdurma və ayrılıq yaratmaqdır: “Son günlər Türkiyə, Küveyt və İraq kimi bəzi qonşu və dost ölkələrə edilən qəsdən hücumlar və bunların İran Silahlı Qüvvələrinə aid edilməsi bu manipulyasiyanın nümunələridir.”

Seçilən
44
veteninfo.az

1Mənbələr