AZ

Azərbaycanın ötən il 350 dollara satdığı qaz indi 600 dolları keçdi

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ və İsrailin İrana hücumu və başlayan müharibə səbəbindən Avropada qazın qiyməti son 3 ildə rekord həddə yüksəlib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, həftəin əvvəlində – martın 9-da qazın qiyməti 1000 kubmetr üçün 800 dollara yüksəlmişdi. Sonradan qiymətlər 675 dollara ensə də bu yenə də son 3 ilin – 2023-cü ilin yanvarındən bəri ən yüksək qiymətidir. Hazırda qiymətlər 1000 kubmetr üçün 600-610 dollar ətrafındadır.

Müqayisə üçün bildirək ki, 2025-ci ildə Avropa bazarında qazın orta qiyməti 422 dollar olub. Yəni indiki qiymətlər 2025-ci il üzrə orta qiymətdən təqribən 45-50% daha yüksəkdir.

Xatırladaq ki, Avropa bazarında qazın qiymətləri 2 martdan etibarən kəskin şəkildə artmağa başlayıb. Həmin vaxt qazın qiymətləri 50% artaraq 1000 kubmetr üçün 590 dollara çatıb, ertəsi gün isə qiymətlər 2 fevral 2023-cü ildən bəri ilk dəfə min kubmetr üçün 780 dolları keçib.

Qazın qiymətləri 2021-2022-ci illərdə xeyli yüksək olub. Belə davamlı yüksək qiymətlər 1996-cı ildən bəri, hətta Avropa qaz mərkəzlərinin tarixində belə görünməyib. Qiymətlər 2022-ci ilin yazının əvvəlində min kubmetr üçün 3892 dollarla rekord həddə çatıb.

Qazın dünya bazarındakı qiyməti Azərbaycan üçün də mühüm göstəricidir. Avropanın 10-dan artıq ölkəsinə qaz satan Azərbaycan üçün qazın bahalaşması əslində yaxşı əlamətdir. Müqayisə üçün bildirək ki, Azərbaycan 2025-ci ildə

Gürcüstana ümumi məbləği 250 milyon dollar olan 2,3 milyard kubmetr – orta qiymət 107 dollar/min kubmetr

Serbiyaya ümumi məbləği 120 milyon dollar olan 226 milyon kubmetr – orta qiymət 531 dollar / min kubimetr

Suriyaya ümumi məbləği 120 milyon dollar olan 351 milyon kubmetr – orta qiyməti 342 dollar / min kubmetr

Türkiyəyə ümumi məbləği 2,6 milyard dollar olan 9,7 milyvrd kubmetr – orta qiyməti 269 dollar / min kubmetr

Bolqarıstana ümumi məbləği 689 milyon dollar olan 1,9 milyard kubmetr – orta qiyməti 363 dollar / min kubmetr

İtaliyaya ümumi məbləği 456 milyon dollar olan 960 milyon kubmetr – orta qiyməti 475 dollar / min kubmetr

Yunanıstana ümumi məbləği 461 milyon dollar olan 910 milyon kubmetr – orta qiyməti 507 dollar / min kubmetr qaz satıb.

Göründüyü kimi, 2025-ci ildə Azərbaycanın xaricə satdığı qazın orta qiyməti hər 1000 kubmetr üçün 350 dollar olub. Bu il İran müharibəsi səbəbindən qazın qiymətinin təqribən 45-50% bahalaşması Azərbaycan qazının da qiymətini artıracaq.

Məlumat üçün bildirək ki, 2025-ci ildə Avropa bazarında qazın orta qiyməti 422 dollar olub, bu 2024-cü illə münqayisədə təxminən 9,2% artıqdır.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
azpost.info

2Mənbələr