İranda təhlükəsizlik orqanları casusluqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirib.
"Yeni Sabah" xəbər verir ki, yerli mənbələrin məlumatına görə, Qərbi Azərbaycan əyalətinin inzibati mərkəzi olan Urmiya şəhərində İsrail xüsusi xidmət orqanları ilə əlaqədə olmaqda şübhəli bilinən 20 nəfər saxlanılıb. Bu barədə “Tasnim” agentliyi xəbər yayıb.
Əyalət prokurorluğunun açıqlamasında bildirilib ki, aparılan əməliyyat nəticəsində İsraillə əlaqəli olduğu iddia edilən bir neçə muzdlu şəbəkə müəyyən edilərək zərərsizləşdirilib.
İlkin məlumata əsasən, saxlanılan şəxslərin müxtəlif hərbi, polis və təhlükəsizlik obyektlərinin yerləşməsi barədə məlumatları İsrail tərəfinə ötürdükləri ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız