AZ

Kubada etirazçılar Kommunist Partiyasının binasını dağıtdılar - VİDEO

Kubanın Moron şəhərində etirazçılar Kommunist Partiyasının yerli şöbəsinin binasını dağıdıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Invasor nəşri məlumat yayıb.

Aksiya sakinlərin ərzaq qıtlığına və elektrik enerjisindəki fasilələrə etirazı fonunda baş verib.
 

Etiraz iştirakçıları binanı daşlayıb, mebelləri çölə çıxararaq küçədə yandırıblar. Həmçinin dövlət aptekinə və ərzaq mağazasına da hücum edilib.


Kuba prezidenti Migel Dias-Kanel bildirib ki, vətəndaşların narazılığını anlayır, lakin hakimiyyət zorakılığa və vandalizmə yol verməyəcək.


Bizim.Media

Seçilən
39
1
bizim.media

2Mənbələr