AZ

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

Qarabağdakı keçmiş separatçı-terrorçu rejimin “deputatı” Aramais Ağabekyan sosial şəbəkə paylaşımında İranla bağlı çox ilginc bir fakt açıqlayıb. O, SEPAH-ın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin vaxtilə separatçı rejimin nəzarətində olan Azərbaycan ərazilərində də şəbəkə qurduğunu etiraf edib.
BUTA.TV xəbər verir ki, bu barədə Cavanşir Həsənli qeyd edib. “Sitat: “Hər şey 3 yanvar 2020-ci ildə, Qüds komandiri Süleymani öldürüldükdə başladı. O, evdə oturub sülh vədləri verməyə inanmayan, əksinə, İraq, Suriya, Livan, hətta Ermənistan və Artsaxda şəbəkə quran adam idi. Süleymani düşmənlərlə evində üzləşməkdənsə, çölə çıxmağın daha yaxşı olduğunu bilirdi, əks halda onlar onun evinə gələcəkdilər. O, Artsaxın əhəmiyyətini başa düşən və Azərbaycanın hücumunun qarşısını almaq üçün həyatını təhlükəyə atan azsaylı insanlardan biri idi”.

Qeyd edək ki, Qasım Süleymaninin 1992-ci ildə Qarabağda erməni terrorçularla fotosu da o dövrdə yayılmışdı.

Seçilən
17
5
buta.tv

6Mənbələr