AZ

Yevlaxda Qərb derbisi

Azərbaycan  Premyer Liqasında 24-cü tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Qərb derbisində “Kəpəz” “Turan Tovuz”la qarşılaşacaq. Oyun Yevlax şəhər stadionunda keçiriləcək. Komandaların ilk iki dövrədəki oyunlarında “Turan Tovuz” qalib gəlib – 3:0, 2:0.

Turun son matçında “Neftçi”  “Qəbələ”nin qonağı olacaq. “Neftçi” bu mövsüm hər iki oyunda rəqibini məğlub edib –  2:0 və 1:0.

15 mart (bazar)

Azərbaycan Premyer Liqası, 24-cü tur

15:00.“Kəpəz” – “Turan Tovuz”
Hakimlər
: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Rahil Ramazanov
Yevlax şəhər stadionu

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər
: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Qəbələ şəhər stadionu

13 mart (cümə)

“Sumqayıt” – “Şamaxı” – 0:1

“Araz-Naxçıvan” – “Karvan-Yevlax” – 2:1

14 mart (şənbə)

“Zirə” – “Qarabağ” – 1:3

“İmişli” – “Sabah” – 0:5

Seçilən
31
msport.az

1Mənbələr