AZ

Alasder Ross: Orta Dəhlizin və daha geniş Xəzər enerji sisteminin əhəmiyyəti artıb

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Mərkəzi Asiyadan Xəzər dənizi, Cənubi Qafqaz və Cənub-Şərqi Avropadan keçən Orta Dəhliz Avrasiya ilə qarşılıqlı əlaqənin strateji arteriyasına çevrilib".

Oxu.Az xəbər verir ki, bu fikirləri "The Economist" jurnalının qlobal məsələlər üzrə redaktoru Alasder Ross Bakıda keçirlən "Cənub-Şərqi Avropa və Trans-Xəzər Biznes Sammiti: Enerji və infrastruktur sahəsində tərəfdaşlıqlar üçün dəhlizlərin genişləndirilməsi" mövzusundakı tədbirdə deyib.

O bildirib ki, enerji ən təcili hərəkətverici amildir:

"Avropa İttifaqının (Aİ) Rusiya qazından mərhələli şəkildə imtina etmək qərarı Orta Dəhlizin və daha geniş Xəzər enerji sisteminin əhəmiyyətini artırıb. Azərbaycan 2027-ci ilə qədər Aİ-yə qaz ixracını təxminən iki dəfə artıraraq ildə 20 milyard kubmetr səviyyəsinə çatdırmağı öhdəsinə götürüb. Eyni zamanda Qara dəniz sualtı elektrik kabeli və "Yaşıl Enerji" dəhlizi kimi layihələr Xəzər regionunun bərpaolunan enerji resursları Avropanın enerji balansına inteqrasiyasına doğru hərəkəti göstərir".

Məlik Məlikov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
oxu.az

2Mənbələr