ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
"Tac" və "Daunton abbatlığı" seriallarındakı rolları ilə tanınan britaniyalı aktrisa Ceyn Lapoter 81 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə aktrisanın nümayəndələri məlumat verib. Onun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Lapoter Brodveydəki çıxışlarına görə "Tony"mükafatına layiq görülüb. Onun çəkildiyi filmlər arasında “Evrika”, “Ledi Ceyn”, “Ay işığında qətl”, “Yeganə Cimmi Qrimbl” və “Smirna” yer alır.
Fevral ayında o, Vindsor qalasında dram sənətinə verdiyi töhfələrə görə Britaniya İmperiyası ordeni ilə təltif olunmuşdu. Bu, onun son ictimai çıxışı olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.