AZ

İv Leterm: Müdafiə bu gün hərbi təcavüzdən daha baha başa gəlir

Dünyada müdafiənin dəyəri hərbi təcavüzün dəyərindən yüksək olub.

"Report"un məlumatına görə, bunu Belçikanın sabiq baş naziri İv Leterm XIII Qlobal Bakı Forumu çərçivəsində paneldə çıxışında bildirib.

"Əlbəttə, biz ilk dəfə deyil ki, asimmetrik müharibə adlanan hadisə ilə üzləşirik, lakin dronların kütləvi istifadəsi ona gətirib çıxarıb ki, biz çox bahalı raket və müdafiə sistemlərinə etibar etmək məcburiyyətindəyik. Bu vəziyyət son dərəcə qeyri-sabitdir", - İ.Leterm deyib.

O, Yaxın Şərqdəki hadisələrdən danışarkən vurğulayıb ki, böyük əhalisi və Qərb dünyasından fərqli öz mədəniyyəti olan İrana siyasi istiqamətləri zorla qəbul etdirmək mümkün deyil: "Əhalisi, deyək ki, 90 milyon olan, belə ənənələrə malik və indiki rəhbərliyə sadiq milyonlarla insanı olan bir ölkədə xaricdən rejim dəyişikliyini zorla tətbiq etmək olmaz. Bu, çox çətindir".

Sabiq baş nazir, həmçinin Çinin mövcud münaqişələrə münasibətdə ölçülüb-biçilmiş mövqeyini vurğulayıb: "Təsəvvür edə bilərəm ki, dünyada Hörmüz boğazının bağlanmasından əziyyət çəkən yeganə iqtisadiyyat Avropa İttifaqı deyil. Bildiyimə görə, Çin hökuməti bu böhranla çox ehtiyatlı davranır və münaqişəyə yeni elementlər əlavə etmir".

Seçilən
39
far.az

1Mənbələr