
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ İranın Xarq adasına əlavə zərbələr endirə bilər.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “NBC News” telekanalına verdiyi müsahibədə danışıb.
Tramp müsahibəsində deyib ki, ABŞ “sadəcə əyləncə üçün” İranın Xarq adasına daha çox zərbə endirə bilər.
ABŞ prezidenti əlavə edib ki, ABŞ-nin adaya endirdiyi zərbələr onun böyük bir hissəsini “tamamilə məhv edib”. Bununla belə, o bildirib ki, adanın enerji infrastrukturu hədəf alınmayıb. Trampın sözlərinə görə, bunun səbəbi həmin obyektlərin bərpasının illərlə vaxt aparmasıdır.
Daha əvvəl Tramp bildirib ki, ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərq tarixində ən güclü bombardman kampaniyalarından birini həyata keçirib.