Misli Premyer Liqasında XXIV tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, əvvəlcə Yevlax şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək.
Qərb derbisi saat 15:00-da başlayacaq.
Ardınca isə "Neftçi" səfərdə "Qəbələ"nin qonağı olacaq. Qəbələ şəhər stadionundakı bu matçın start fiti saat 18:00-da səslənəcək.
Avrokuboklara iddialı "Turan Tovuz" 44 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 31 xalı olan "Neftçi" yeddinci, 17 xala malik "Kəpəz" isə onuncudur. Gəncəlilərdən 1 xal az toplayan "Qəbələ" isə on birinci yerdədir.
Qeyd edək ki, daha əvvək keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"nu (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib.
Bizim.Media