AZ

İran Əbu-Dabidə yerləşən neft emalı zavoduna zərbə endirib

Bakı. Trend:

İrana məxsus pilotsuz uçuş aparatı BƏƏ-nin Əbu-Dabi əmirliyindəyerləşən Ər-Ruvays sənaye şəhərindəki neft emalı müəssisəsinə hücumhəyata keçirib.

Trend xəbər verir ki, bubarədə Əbu-Dabi hökuməti məlumat yayıb.

Hücum nəticəsində müəssisədə yanğın baş verib. Xilasetməxidmətləri alovu nəzarət altına almağa nail olub və yanğının tamsöndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Seçilən
101
10
az.trend.az

10Mənbələr