AZ

"Abşeron" "Neftçi"ni məğlub elədi, "Sabah" səfərdə "Gəncə"dən üstün oldu

Azərbaycan Basketbol Liqasında XIX turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Abşeron Lions" "Neftçi"ni məğlub edib.

Qarşılaşma 107:87 hesabı ilə yekunlaşıb.

Günün ilk görüşündə "Sabah" "Gəncə"dən üstün olub - 87:73.

Tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88) məğlub edib.

Seçilən
19
5
sportinfo.az

10Mənbələr