AZ

Ölkəmizin qadın yığması səfərdə Monteneqroya uduzdu

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Sportinjfo.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv səfərdə Monteneqro ilə üz-üzə gəlib.

Matç rəqibin 94:35 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan yığması daha əvvəl Bolqarıstana hər iki oyunda (48:141, 40:120), Monteneqroya (62:104) və Ukraynaya (34:98) məğlub olub.

Yığma martın 17-də Bakıda Ukrayna ilə qarşılaşacaq.

Seçilən
2
2
sportinfo.az

3Mənbələr