AZ

Tramp Meksikanı da hədəfə aldı:

"Hazırda Meksikaya faktiki olaraq narkokartellər rəhbərlik edir".

 

TASS-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu iddia ilə Floridaya səfərindən öncə mətbuat nümayəndələrinə verdiyi açıqlamada çıxış edib.

 

ABŞ lideri iki dövlət arasındakı əlaqələrə dair sualı cavablandırarkən qeyd edib ki, Meksika Prezidenti Klaudiya Şeynbauma cinayətkar qruplaşmalardan təmizlənməyi təklif edib. "Lakin naməlum səbəbdən o buna razı deyil", - deyən Tramp meksikalı həmkarının bu köməkdən imtina etməməli olduğunu vurğulayıb.

 

"Mən ona böyük rəğbət bəsləyirəm, lakin o, kartelləri məhv etməlidir. Çünki qəbul etsək də, etməsək də, bu gün Meksika kartellərin nəzarətindədir. Belə bir vəziyyət qəbuledilməzdir", - deyə ABŞ Prezidenti fikrini tamamlayıb.

Seçilən
14
4
senzor.az

5Mənbələr