AZ

"Qarabağ"ın qələbəsi - VİDEO

Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Zirə" evdə "Qarabağ"ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda reallaşan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.

"Köhlən atlar"ın heyətində 22-ci dəqiqədə Joni Montiel, 55-ci dəqiqədə Kamilo Duran, 72-ci dəqiqədə Kadi Borges fərqlənib. "Qartallar"dan Ceyhun Nuriyev 70-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran Ağdam klubu ikinci pillədə qərarlaşıb. Meydan sahibləri 39 xalla dördüncüdür.

"Zirə" - "Qarabağ" 1:3

Seçilən
7
1
sportinfo.az

6Mənbələr