AZ

Bir dəqiqədə milyonlar oğurladılar - VİDEO

Kaliforniyadakı lüks zərgərlik mağazasından film səhnələrini xatırladan oğurluq hadisəsi baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 20 qara maskalı quldur mağazaya basqın edərək orada böyük dağıntılar törədib. Onlar vitrinləri sındırıb, çantalara 2 milyon dollar dəyərində zərgərlik əşyaları doldurublar.

Maraqlısı budur ki, bütün bunlar 1 dəqiqə ərzində baş verib.  ABŞ Ədliyyə Nazirliyi oğruların hərəkətlərini ətraflı şəkildə əks etdirən müşahidə kameralarının görüntülərini yayımlayıb 

Onlar bütün malların 80%-ni oğurlayıblar və sonra maşınlarla qaçıblar. Polis 20 şübhəlidən yalnız dördünü saxlaya bilib.

Seçilən
30
unikal.az

1Mənbələr