“Qarabağ”ın aşağı yaş komandalarında yetişən bir futbolçu var ki, qısa müddətdə adından söz etdirməyi bacarıb. Söhbət Əli Bəşirovdan gedir. Onun cəmi 15 yaşı olsa da (16 yaşını iyunda tamamlayacaq), əvəzedici komandada oyunlara çıxır, hətta Qurban Qurbanov əsas komandanın məşqlərinə də çağırır, hətta Antalya toplanışında ona şans da vermişdi.
Səliqəli oyunundan savayı, baxımlı qolları ilə də seçilən Əli Avropa klublarının diqqət mərkəzindədi. Ona ən çox maraq göstərən isə “Strasbur”du. Yeniyetmə futbolçu Fransanın adı çəkilən klubunun akademiyasına dəvət olunub. Əli mayda baxışa gedəcək. Maraqlıdı, Qurban Qurbanov maya qədər Əlini əsas komandanın heyətində meydana buraxsa, planlar dəyişə bilərmi?
Bu məqamı dəqiqləşdirmək üçün “Qarabağ”ın Media və Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. O, artıq hər iki klub arasında razılaşmanın olduğunu dedi. Buna görə də hadisələrin axarından asılı olmayaraq, yeniyetmə yarımmüdafiəçi mayda Strasburqa - baxışa yollanacaq.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta