“Barselona”nın hücumçusu Robert Levandovski ünvanına səslənən tənqidlərə münasibət bildirib.
37 yaşlı futbolçu cari mövsümdə kataloniyalıların start heyətində möhkəmlənə bilmir.
Bir çoxunun fikrincə, polşalı forvard artıq karyerasının ən yaxşı dövrünü geridə qoyub və əvvəlki illərlə müqayisədə performansı xeyli aşağı düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Levandovski bu fikirlərlə razılaşmadığını deyib:
“İnsanların yaşım haqqında çox danışdığını bilirəm, amma açığı, buna əhəmiyyət vermirəm. Statistikama baxsalar, hələ də yüksək səviyyədə çıxış etdiyimi görərlər”.
Levandovski bu mövsüm bütün turnirlərdə keçirdiyi 34 oyunda 14 qol vurub.