Müğənni Rəqsanə İsmayılova yeni mahnısı “Bivəfa 2” üçün çəkilən klipin qeyri-adi görüntülərini paylaşıb.
Musavat.com xəbər verir ki, Rəqsanə İsmayılova klipdə Bakıda bazarların birində, yük daşıyan arabada uzanaraq mahnısını ifa edib. Bu görüntülər sosial şəbəkələrdə dərhal geniş müzakirələrə səbəb olub.
İzləyicilərdən bəziləri bu qeyri-adi seçimi maraqlı və kreativ hesab edərkən, bəziləri isə tənqid edərək “Klip üçün başqa yer tapılmadı? Bazar və arabanın klipə nə aidiyyəti var?" - kimi şərhlər yazıblar.
Xalidə Gəray
Musavat.com