AZ

Azərbaycanlıların ən sevdiyi içkidir Belə qəbul ediləndə qida borusu xərçəngi yaradır

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çayın və qəhvənin həddindən artıq isti içilməsi mədə xərçənginin yaranmasına birbaşa təsir edə bilər. Çinin Paytaxt Tibb Universitetinin alimləri tərəfindən aparılan araşdırmanın nəticələri bu vərdişin ciddi təhlükə yaratdığını sübut edib.Demokrat.az xəbər verir ki, "Food & Function" jurnalında dərc olunan tədqiqat zamanı 12 il ərzində 328 mindən çox insanın sağlamlıq göstəriciləri izlənilib.Məlum olub ki, gündə 8-9 fincandan çox isti içki qəbul edənlərdə mədə xərçəngi riski 54 faiz yüksəlir. Əgər şəxs çox isti içkiləri davamlı şəkildə qəbul edirsə, bu risk iki dəfədən də çox artır. Alimlər vurğulayırlar ki, yaş, həyat tərzi və zərərli vərdişlər kimi amillər nəzərə alınsa da, isti içki faktoru öz mənfi təsirini qoruyub saxlayır.Xəstəliyin yaranma səbəbi yüksək temperaturun mədənin selikli qişasını uzun müddət zədələməsidir. Daimi termal təsir hüceyrələrdə mənfi dəyişikliklərə yol açır. Tədqiqatçılar bu təhlükədən qorunmaq üçün çay və qəhvəni süfrəyə gəldiyi an deyil, bir qədər soyuduqdan sonra içməyi tövsiyə edirlər.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
demokrat.az

1Mənbələr