Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Qüdsdə yerləşən Əl-Əqsa məscidi ilə bağlı qərarına sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, Fidan İsrailin Əl-Əqsa məscidini ibadətə bağlamasını son dərəcə təhlükəli addım adlandırıb və bunun regionda yeni qəzəb dalğası yarada biləcəyini bildirib.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, belə qərarlar Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirə və geniş miqyaslı qarşıdurmalar üçün zəmin yarada bilər.
Hakan Fidan həmçinin İsrailin baş naziri Benyamin Netanyahunun mümkün planları ilə bağlı da narahatlıq ifadə edib.
O bildirib ki, İsrail rəhbərliyi Hizbullahla mübarizə bəhanəsi altında daha geniş və ağır hərbi əməliyyatlara başlaya bilər.
Nazir açıq şəkildə qeyd edib ki, Ankara bu proseslərin humanitar fəlakətə və yeni qətliamlara gətirib çıxara biləcəyindən ciddi şəkildə narahatdır.
Musavat.com