AZ

“Sabah” Qubada “İmişli”ni “mat” etdi - Darmadağın VİDEOsu

Misli Premyer Liqasında 24-cü turun növbəti qarşılaşması baş tutub.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında “İmişli” Qubada “Sabah”ı qəbul edib.

Qarşılaşma Masazır təmsilçisinin 5:0 hesablı böyük qələbəsi ilə başa çatıb.

“Sabah”ın heyətində Stiv Solvet (11), Coy Lens Mikels (15-pen, 35), Kahim Parris (49) və Aleksey İsayev (71-pen) fərqləniblər.

Hazırda 59 xalla turnir cədvəlinə liderlik edən “Sabah”dan fərqli olaraq, bölgə təmsilçisi 22 xalla doqquzuncu pillədə qərarlaşıb.

Bu qələbə ilə “Sabah” liderlik mövqeyini daha da möhkəmləndirib.

Seçilən
51
sportinfo.az

1Mənbələr