ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın yeni ali rəhbəri Mocztəba Xamenei öz vəzifələrini yerinə yetirir və onun səhhəti ilə bağlı heç bir problem yoxdur.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
Nazirin sözlərinə görə, yaxın vaxtlarda hər kəs yeni ali rəhbərin normal şəkildə fəaliyyət göstərdiyinə şahid olacaq.
“Tezliklə hamı görəcək ki, yeni ali rəhbərlə bağlı heç bir problem yoxdur. Dünən o, xalqa müraciət edib və öz vəzifələrini yerinə yetirəcək. O artıq Konstitusiyaya uyğun olaraq bu vəzifələri icra edir və bunu davam etdirəcək”, — deyə Əraqçi "MS Now" telekanalına müsahibəsində bildirib.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.