AZ

Yeni rəhbər: "Klub istəyir ki, Premyer Liqaya tam hazırlıqlı şəkildə getsin"

"Şəfa" rəhbərliyi tək kluba yox, Azərbaycan futboluna xeyir verməyi düşünür”.

Bunu Sportinfo.az-a açıqlamasında "Şəfa"nın akademiya rəhbəri vəzifəsinə təyin olunan Nadir Nəbiyev deyib.

Uzun illərdir ölkənin futbol sektorunda çalışan təcrübəli idarəçi yeni işi barədə danışıb:

"Şəfa" rəhbərliyi ilə görüşümüz oldu və razılaşdıq. İlkin danışıqlarda futbola aid olan düşüncələrimiz üst-üstə düşdü və anladım ki, onlar tək "Şəfa"ya yox,

Azərbaycan futboluna xeyir vermək istəyirlər. Bu işləri görmək üçün də uşaq futbolundan başlamaq istəyirlər.

Etimad göstərdilər, mən də bu məsuliyyəti üzərimə götürdüm. "Şəfa" gələcək vəd edən və perspektivli klubdur.

Düşünürəm ki, bu klubun akademiyasında istedadlı futbolçular yetişəcək. Rəhbərliklə söhbət məni çox ruhlandırdı və həvəsləndirdi.

Sevinirəm ki, futbolumuza belə xoşniyyətli insanlar gəlib. Onların fikirləri yalnız inkişafla bağlıdır.

Bilirsiz ki, "Şəfa" hazırda Birinci Liqanın lideridir və Premyer Liqaya birbaşa vəsiqə qazanmağa çox yaxındır. Klub istəyir ki, Premyer Liqaya tam hazırlıqlı şəkildə getsin.

AFFA-nın lisenziyalaşdıma meyarlarından biri də infrastruktur və uşaq futbolu ilə bağlıdır. "Şəfa"nın indi 4 yaş qrupu üzrə komandası fəaliyyət göstərir.

Premyer Liqanın tələblərinə cavab vermək üçün daha 6 yaş qrupu da yaradılmalıdır. İndiyədək orada çox iş görülüb. Alakademiyanın oyunlarını izləmişik. İstedadlı, gələcəyə ümid verən uşaqlar var.

Biz tezliklə bu istiqamətdə işlərə başlamalıyıq. İstər futbolçuların, istərsə də məşqçilərin seçimi zamanı yalnız onların istedadı, biliyi nəzərə alınmayacaq.

Eyni zamanda, başqa keyfiyyətləri əsas götürüləcək. Akademiyaya müvafiq kateqoriyaları olan mütəxəssislər cəlb ediləcək.

Klub rəhbərliyi hər mənada nümunəvi akademiya qurmağımızı istəyir. Əlbəttə, əlimizdən gələni edəcəyik ki, hər şey yüksək səviyyədə olsun.

Ümumi məqsəd pillə-pillə böyüməkdir".

Seçilən
16
sportinfo.az

1Mənbələr