AZ

Qurban Qurbanov U-20 millimizə təyinat alan portuqaliyalı məşqçi haqda fikir bildirdi

Misli premyer-liqasının 24-cü turunda “Qarabağ” “Zirə”ni məğlub etdi - 3:1.

“Football-plus.az” xəbət verir ki, oyunsonrası mətbuat konftansında qonaqların çalışdırıcısı Qurban Qurbanov media önünə çıxıb.

- Futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə, dinamika oldu. Vacib oyun idi, çox vacib. Qarşımızda bizi yaxşı analiz edən, istəklo komanda var idi. Sona qədər mübarizə apardılar. Onlara uğurlar arzu edirəm. Stadion kənarda olsa da, gələn azarkeşlərə təşəkkür edirəm.

- Belə fikir var ki, “Qarabağ” avrokuboklarda mübarizədən kənarlaşandan sonra çempionatda daha yaxşı oynayır…

- Yüzdəyüz. Avropada oynamayanda daha sərbəst olursan, rahat hazırlaşırsan. Optimal formamızdan uzağıq, çatışmazlıqlar var. Komandamız çox yoruldu. ÇL-də hər oyunda əziyyət çəkdik, gərgin mövsüm oldu. Futbolçular da, mən də çox yükləndik. İnanıram ki, qarşıdakı oyunlara yaxşı köklənəcəklər. Xeyirlisi, çalışacağıq ki, daha yaxşı oynayaq.

- Andradenin solda oynadığını xatırlamıram.

- Oyunun gedişatında olan rotasiya idi. Oyunçulara bu barədə bildirmişdik. Hər üç mövqedə yaxşı oynayır. Nadir haılarda da olsa, məşqlərdə bu variantdan istifafə etmişik.

- Duranın milliyə çağırımasına münasibətiniz? Mundialda oynamağ bacarığı var?

- Qabiliyyətli futbolçudu. Topla davranışı, idman xarakteri daha böyük futbolçu olmağa oynamağa imkan verir.

- Gələn ay sıx qrafikiniz olacaq…

- Kubok, çempionat ardıcıl oynamaq xoş deyil. Azarkeşlər üçün də daha maraqlı olar. Yəqin boş yer tapa bilməyiblər. Hər iki komanda üçün eyni situasiya olacaq.

- Kuakunun getməyi görünmürdü…

- Bir az, hə. İntizamlı futbolçu idi. Oyununu da görmüsüz. Daha çox oynamaq istəyirdi, məşqçi kimi başa düşdüm onu.

- U-20 millimizə portuqaliyalı məşqçi təyin olundu. Bu barədə fikirləriniz?

- Xeyirli olsun. Müzakirə olunacaq məsələdi. Deyiləcək başqa söz yoxdu.

- “Qalatasaray” mərhələni keçə bilər?

- İnamımız böyükdü. O stadionda oynamaq heç də asan deyil. Bol-bol uğurlar arzu edirik. “Qalatasaray” da yaxşı

- Sizə təkliflər var?

- Bakıdayıq da (gülür).

- “Sabah”ın büdrəsəməsi nə dərəcədə realdı?

- Çox istəklidilər. Özünəxas oyun üslubu, yaxşı baş məşqçiləri var. Taleyimiz öz əlimuzdə deyil, xeyirlisi olsun.

- “Sabah”ın Qubada 5 qol vuracağını gözləyirdiz?

- İstənilən komandaya vura bilər. Meydança o dəfəkindən daha yaxşı idi (gülür). Mümkündü ki, 5 qol vursun.

- Bəhlul zədələnib, Mmae əvəzedici komandadı. Medina bu gün zəif oynadı, rəqabət çatışmazlığı yaşayır. Mövsümün sonuna qədər Sami əsas heyətə qayıda bilər?

- Ola bilər. Cəzalandırmışdıq. Fasilədə baxacağıq.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
14
1
football-plus.az

2Mənbələr