İran tamamilə məğlub olub və razılaşma istəyir.
Turkustan.az xəbər verir ki, bu iddia ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
“Saxta xəbər KİV-ləri ABŞ Silahlı Qüvvələrinin İranla necə yaxşı mübarizə apardığını bildirməyə dözə bilmirlər. İran tam məğlub olub və razılaşma bağlamaq istəyir — amma bu, mənim razılaşacağım bir razılaşma deyil!”, - Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olub. Cavab olaraq, İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslər də həlak olub. /Modern/