AZ

UEFA "Fənərbağça"dan izahat istədi

Avropa futbol qurumu olan UEFA Türkiyənin “Fənərbağça” klubundan bəzi transfer və müqavilələrlə bağlı yazılı izahat tələb edib.

Fanat.Az xəbər verir ki, UEFA 22–23 yanvar tarixlərində 4 nəfərlik heyətlə klubun maliyyə və transfer sənədlərini araşdıraraq hesabat hazırlayıb.

Hazırlanan hesabatda bir sıra müqavilələrdə uyğunsuzluqların aşkarlandığı bildirilib. Bu səbəbdən qurum “Fənərbağça”dan Kerem Aktürkoğlu, Joze Mourinyu, Diequ Karlos və Milan Şkriniar ilə bağlı transfer və müqavilə sənədləri üzrə müdafiə təqdim etməsini istəyib.

Məlumata görə, hesabatın ən diqqət çəkən hissəsi Kerem Aktürkoğlunun transferi ilə bağlıdır. “Sarı-lacivərdlilər” rəhbərliyi artıq UEFA-ya məsələ ilə bağlı rəsmi cavab göndərib.

Bildirilir ki, UEFA-nın bu iş üzrə verəcəyi qərar həm kluba, həm də futbolçuya qarşı Türkiyə Futbol Federasiyası tərəfindən əlavə sanksiyalara səbəb ola bilər.

Seçilən
13
1
fanat.az

2Mənbələr