AZ

Qavi geri dönür

style='margin-bottom:10px;'>

"Barselona"nın aparıcı yarımmüdafiəçisi Qavi uzunmüddətli fasilədən sonra yaşıl meydanlara qayıdır.

QOL.az xəbər verir ki, kataloniyalıların yaydığı məlumata görə, 21 yaşlı futbolçunun oyunlarda iştirak etməsi üçün həkimlərdən rəsmi icazə alınıb.

İspaniyalı yarımmüdafiəçi martın 15-də La Liqanın 28-ci turu çərçivəsində keçiriləcək "Sevilya" ilə qarşılaşmada meydana çıxmağa hazırdır. Avqustun sonundan bəri daxili menisk zədəsi səbəbindən sıradan çıxan və sentyabrda artroskopik əməliyyat keçirən Qavi artıq tam bərpa olunub. 

Qeyd edək ki, cari mövsümdə "göy-qırmızılar"ın heyətində cəmi iki matçda iştirak edərək bir məhsuldar ötürmə ilə yadda qalan oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.

Seçilən
27
teleqraf.com

1Mənbələr