AZ

İran: Bank filialları qanuni hədəf olacaq

İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) sözçüsü briqada generalı Məhəmməd Naini ABŞ-ın ölkədəki iki banka hücumundan sonra bölgədəki ABŞ bank filiallarının hədəf alınacağını açıqlayaraq, "Əgər düşmən bu hərəkəti təkrarlayarsa, bölgədəki bütün ABŞ bank filialları bizim üçün qanuni hədəf olacaq" dedi.

ABŞ-ın iki İran bankını hədəfə almasından sonra İran ABŞ banklarına qarşı qisas tədbiri gördü. İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) sözçüsü briqada generalı Əli Məhəmməd Naini bildirib: "Düşmənin iki İran bankına hücumuna cavab olaraq, ABŞ banklarının filialları hədəfə alınıb. Düşmən bu hərəkəti təkrarlayarsa, bölgədəki bütün ABŞ bank filialları bizim üçün qanuni hədəf olacaq".

Citibank filiallarına dron hücumu

Livan televiziya kanalı "Əl Mayadeen" bildirib ki, bu gecə ABŞ-ın əsas banklarından biri olan Citibank-ın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay və Bəhreynin Manama şəhərlərindəki filialları naməlum dronlar tərəfindən hədəfə alınıb. Kanala danışan mənbə bildirib ki, səhər tezdən baş verən hücum nəticəsində filiallarda yanğınlar baş verib.

BƏƏ-də fəaliyyət göstərən Citibank əvvəllər İranın bölgədəki maliyyə qurumlarını hədəf ala biləcəyi ilə bağlı təhdidlərindən sonra təhlükəsizlik səbəbləri ilə bir filialı istisna olmaqla, hamısını müvəqqəti olaraq bağlayacağını açıqlamışdı.

Tehranda Sepah Bankı hədəfə alınıb

11 martda ABŞ İranın paytaxtı Tehranda yerləşən Sepah Bankının rəqəmsal təhlükəsizlik mərkəzinə raket hücumu həyata keçirib. Hücumdan sonra Sepah Bank və Melli Bank sistemləri sıradan çıxıb və onlayn bank xidmətləri deaktiv edilib. Hücumdan sonra verilən açıqlamada İran ordusu bildirib: "Düşmən maliyyə suverenliyimizə hücum edib. Bu andan etibarən ABŞ-ın və onun regiondakı müttəfiqlərinin bütün iqtisadi mərkəzləri və bankları bizim üçün qanuni hədəflərdir".

Seçilən
19
kommersant.az

1Mənbələr