AZ

Türkan qəsəbəsində dəniz sahili tullantı ərazisinə çevrilibVİDEO

Bir tərəfdə Xəzərin mavi suları, digər tərəfdə isə tikinti qalıqları və zibil yığınları ilə dolu tullantı poliqonunu xatırladan sahil…

Bu videonu Türkan qəsəbəsinə, Xəzər dənizinin sahilinə balıq tutmaq üçün gedən həvəskar balıqçı çəkərək "Xəzər Xəbər"in qaynar xəttinə göndərib.

Ərazidə yaşayanlar deyirlər ki, yaydan başqa fəsillərdə burda ümumiyyətlə insan olmur. Elə həm də kimsəsiz yer olduğundan xüsusilə tikinti materialları tullantılarını, zibilləri əsasən gecə saatlarında yük maşını ilə gətirib bura atırlar.

Nəticədə sahil zolağı həm çirklənir, həm də istirahət üçün yararsız hala düşür.

Məsələ ilə əlaqədar Xəzər rayon İcra Hakimiyyətinə müraciət etdik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
30
xezerxeber.az

1Mənbələr