AZ

Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal

style='margin-bottom:10px;'>

Almaniya Bundesliqasında 26-cı turun mərkəzi oyunu keçirilib.

QOL.az xəbər verir ki, "Bayer" doğma meydanda lider "Bavariya"nı qəbul edib.

Leverkuzendəki "BayArena"da baş tutan dramatik qarşılaşmada qalib müəyyənləşməyib. Meydan sahibləri erkən qolla hesabda önə keçsələr də, üstünlüklərini qoruya bilməyiblər. Matçın ən diqqətçəkən məqamı isə Münhen təmsilçisinin iki qırmızı vərəqə alaraq oyunu 9 nəfərlə tamamlaması və hər iki komandanın bir qolunun ləğv edilməsi olub.

14 mart

"Bayer" (Leverkuzen) - "Bavariya" - 1:1

Qollar: A.Qarsiya, 6 – L.Dias, 69

Qeyd: Matçın 42-ci dəqiqəsində N.Cekson ("Bavariya") birbaşa qırmızı vərəqə, 84-cü dəqiqəsində isə L.Dias ("Bavariya") ikinci sarı vərəqə alaraq meydandan qovulub. Həmçinin, 61-ci dəqiqədə H.Keynin ("Bavariya") qolu əllə oyun, son saniyələrdə isə İ.Hofmannın ("Bayer") qolu ofsayd səbəbindən ləğv edilib.

Bu heç-heçədən sonra xallarını 67-yə çatdıran "Bavariya" turnir cədvəlində liderliyini davam etdirir. 45 xalı olan "Bayer" isə 6-cı pillədə qərarlaşıb.

Seçilən
30
teleqraf.com

1Mənbələr