AZ

Tatusu olanlara pis xəbər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Alimlər tatu boyalarının immun sisteminin fəaliyyətinə təsir göstərə biləcəyini müəyyən ediblər.Demokrat.az-ın məlumatına görə araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub. Tədqiqat göstərib ki, tatu boyaları yalnız dəridə qalmır, boya hissəcikləri zamanla orqanizmə yayılaraq limfa düyünlərində toplanır və immun hüceyrələrlə qarşılıqlı əlaqəyə girir.Eksperimentlər laboratoriya siçanları üzərində aparılıb. Heyvanların pəncə nahiyəsinə müxtəlif rəngli tatu boyaları vurulub. Müşahidələr göstərib ki, boya hissəcikləri bir neçə saat ərzində yaxın limfa düyünlərinə çatır və burada immun cavabda əsas rol oynayan makrofaqlar tərəfindən udulur.Araşdırmaya görə, tatu vurulduqdan təxminən bir gün sonra limfa düyünlərində makrofaqların sayı azalır. Bu isə hüceyrələrin müəyyən hissəsinin boya ilə təmasdan sonra məhv olduğunu göstərir. Eyni zamanda boya hissəciklərinin limfa düyünlərində azı iki ay qaldığı müəyyən edilib.Tədqiqat zamanı maraqlı başqa nəticə də qeydə alınıb. Tatu olan nahiyəyə COVID-19-a qarşı mRNT peyvəndi vurulduqda anticisimlərin yaranmasının daha zəif olduğu müşahidə edilib. Qripə qarşı inaktiv peyvənd tətbiq ediləndə isə immun reaksiyanın əksinə daha güclü olduğu qeyd olunub.Araşdırmanın müəllifləri bildirirlər ki, bu nəticələri birbaşa insanlara aid etmək üçün hələ tezdir və əlavə tədqiqatlara ehtiyac var. Bununla belə, ehtiyat tədbiri kimi peyvəndlərin birbaşa tatu olan nahiyəyə vurulmaması tövsiyə edilir. Alimlər tatu boyalarının immun sisteminə uzunmüddətli təsirinin hələ tam öyrənilmədiyini də vurğulayırlar.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
demokrat.az

1Mənbələr