AZ

"Qalatasaray"lı Osimhen "Real"a gedir?

style='margin-bottom:10px;'>

"Real" "Qalatasaray"ın hücumçusu Viktor Osimheni transfer etməyi hədəfləyir.

QOL.az xəbər verir ki, "Haberler" nəşrinin xəbərinə görə, "kral klubu" nigeriyalı forvard üçün 80-110 milyon avro civarında təklif hazırlayıb. İstanbul klubunun isə futbolçu üçün 130-150 milyon avro tələb etdiyi qeyd olunur.

Məlumata görə, klub prezidenti Florentino Peres bu transferə isti yanaşır və Osimhenin gəlişini növbəti mövsüm üçün əsas hədəflərdən biri hesab edir.

Qeyd edək ki, 27 yaşlı hücumçu bu mövsüm “Qalatasaray”ın heyətində 27 rəsmi oyunda 18 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 

Seçilən
35
1
teleqraf.com

2Mənbələr