"Tottenhem" "Liverpul"la oyuna ciddi itkilərlə çıxacaq.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqanın növbəti turunda baş tutacaq matçda “Liverpul”un heyətində 12 futbolçu iştirak edə bilməyəcək.
Çempionlar Liqasında "Atletiko"ya qarşı keçirdikləri matçda komandanın heyətində Kristian Romero və Joao Palinya baş-başa toqquşaraq zədələnmişdilər.
Həftəsonu "Kristal Pelas"la matçda qırmızı vərəqə alan Mikki Van de Ven diskvalifikasiya səbəbindən bu matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Liverpul" - "Tottenhem" oyunu martın 15-də Enfild"də baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək.