AZ

İran ABŞ və İsraili Qeşm adasında mülki obyektlərə zərbə endirməkdə günahlandırıb



ABŞ və İsrail İranın ən böyük adası olan Qeşmdə mülki obyektlərə hava hücumları həyata keçirib.

İran mediası bu barədə ada rəsmilərinin açıqlamasına istinadən məlumat yayıb. Onlar bildiriblər ki, zərbələr balıqçı və turist gəmilərinin yerləşdiyi dokları hədəf alıb.

Bəyanatda deyilir: "Düşmən, iddialarının əksinə olaraq, mülki şəxsləri, iqtisadiyyatı və onların dolanışıqlarını hədəfə alıb və bu hücumlar düşmənin cinayətkar əməllərinin yalnız çox kiçik bir hissəsidir".

Hörmüz boğazının girişində yerləşən bu ada İran üçün strateji əhəmiyyətli hesab olunur.
SEPAH-ın dəniz qüvvələri, raketləri, dronları və sürətli qayıqları orada yerləşir.

İradə SARIYEVA

Seçilən
12
baki-xeber.com

1Mənbələr