AZ

Ölü çıxan evdə niyə güzgüləri örtürlər?

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölən şəxsin evində güzgülərin üzərinin örtülməsi adəti bu gün də bir çox ailələrdə qorunub saxlanılır. Bu ənənə həm simvolik məna daşıyır, həm də qədim inanclarla əlaqələndirilir.Demorkat.az-ın məlumatına görə yayılmış inanclara əsasən, insan vəfat etdikdən sonra onun ruhunun bir müddət evdə dolaşdığı düşünülür. Bu zaman açıq qalan güzgülərin ruhu çaşdıra biləcəyi, hətta onu başqa aləmlə üz-üzə gətirə biləcəyi barədə fikirlər var. Elə buna görə də güzgülərin üzəri örtülür ki, ruh sakit şəkildə öz yolunu tapsın, evdə qalan insanlar da mənəvi narahatlıq hiss etməsin.Digər tərəfdən, yas mərasimində olan şəxslərin psixoloji vəziyyəti də nəzərə alınır. Köhnə inanclara görə, ölən insanın əksinin güzgüdə görünməsi və ya bununla bağlı düşüncə insanların qorxu və gərginlik yaşamasına səbəb ola bilər.Bu adət eyni zamanda matəm və ehtiram rəmzi kimi də qəbul edilir. Güzgülərin örtülməsi yas mühitinin qorunmasına, insanların diqqətinin gündəlik görüntülərdən uzaqlaşıb daha çox daxili düşüncələrə yönəlməsinə şərait yaradır.Beləliklə, ölü evində güzgülərin örtülməsi həm qoruyucu məna ilə izah olunan, həm də uzun illərdən bəri formalaşmış ənənə kimi bu günə qədər gəlib çatıb.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
demokrat.az

1Mənbələr