AZ

Tottenhem də ciddi itkilər var

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Tottenhem"də ciddi itkilər var

"Tottenhem" Premyer Liqanın növbəti turunda "Liverpul"a qarşı keçiriləcək prinsipial səfər matçından öncə ciddi itkilərlə üzləşib.

QOL.az xəbər verir ki, "Talksport" nəşrinin yaydığı məlumata görə, "Enfild" səfərində London təmsilçisinin heyətində 12 futbolçu iştirak edə bilməyəcək.

Çempionlar Liqasında "Atletiko"ya 2:5 hesabı ilə məğlub olan komandanın heyətində Kristian Romero və Joao Palinya baş-başa toqquşaraq beyin silkələnməsi keçirdikləri üçün sıradan çıxıblar. Həmçinin ötən həftəsonu "Kristal Pelas"la matçda qırmızı vərəqə alan Mikki Van de Ven diskvalifikasiya səbəbindən komandasına kömək edə bilməyəcək. Mövcud zədəli oyunçuları da nəzərə aldıqda "Tottenhem"in "Liverpul" qarşısına ciddi itkilərlə çıxacağı dəqiqləşib.

Qeyd edək ki, "Liverpul" - "Tottenhem" qarşılaşması martın 15-də Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
qol.az

2Mənbələr