AZ

Ukrayna Rusiyanın iki gəmisini də vurdu Foto

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Martın 14-nə keçən gecə Ukraynanın Müdafiə Qüvvələri Rusiyaya məxsus iki hərbi vasitəni — “Slavyanin” bərəsini və “Avanqard” gəmisini vurub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib.

“Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Aktiv Əməliyyatlar Departamentinin mütəxəssisləri martın 13-dən 14-nə keçən gecə Rusiyanın iki hərbi gəmisinə uğurlu zərbələr endiriblər. Əməliyyat nəticəsində düşmənin “Slavyanin” dəmir yolu bərəsi sıradan çıxarılıb, “Avanqard” gəmisi isə zədələnib. Bu gəmilər Rusiya tərəfindən Ukraynaya qarşı müharibə aparmaq üçün istifadə olunurdu”, – deyə kəşfiyyatın açıqlamasında bildirilib.

Vurğulanıb ki, bu gəmilər Kerç bərə keçidinin əsas elementləri olub və düşmənin dəniz hərbi logistikasında mühüm rol oynayıb. Xüsusilə, silahların, hərbi texnikanın və sursatın daşınması üçün istifadə edilirdi.

Qeyd edək ki, Ukrayna Kubanın Temryuk rayonundakı “Qafqaz” limanına da dron hücumu həyata keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
axar.az

1Mənbələr