"Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiorinin gələcəyi ilə bağlı gözlənilməz xəbərlər yayılmağa başlayıb.
Fanat.Az xəbər verir ki, gənc futbolçu "topçular"ın heyətində xoşbəxt olsa da, daha çox oyun vaxtı qazanmaq niyyətindədir.
Xüsusilə mərkəz müdafiəçisi kimi çıxış etmək istəyən italiyalı oyunçu mövsüm sonu karyerasını yenidən nəzərdən keçirə bilər. Bu vəziyyəti yaxından izləyən "Çelsi" klubu sol ayaqlı müdafiəçini heyətinə qatmaq üçün gizli danışıqlara başlayıb.
İnsayder Simon Fillipsin məlumatına görə, "zadəganlar" müdafiə xəttini Kalafiori ilə gücləndirməyi hədəfləyir. Futbolçunun əsas heyət zəmanəti alacağı təqdirdə "Stemford Bric"ə keçməyə müsbət yanaşacağı iddia olunur.