AZ

Bu dövlətlər Serbiyaya hücum edəcək - ŞOK AÇIQLAMA

"Belqrad Albaniya, Xorvatiya və tanınmamış Kosovo arasındakı hərbi əməkdaşlığı Serbiyanın milli təhlükəsizliyinə birbaşa təhdid kimi görür".

Bakıvaxtı.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç yerli KİV-ə açıqlamasında deyib. 

Vuçiç qeyd edib ki, "Hərbi ittifaqla bağlı narahatlıqlarım var, çünki mən müharibə deyil, sülh istəyən prezidentəm. Gözlənilmədən Priştina, Tirana və Zaqreb arasında hərbi ittifaq yaranıb. Hər bir vətəndaşın həyatı üçün narahatam".

Serbiya liderinin sözlərinə görə, respublika yeni regional ittifaqın yaranmasına reaksiya verməyə məcburdur və suverenliyini qorumaq üçün tədbirlər görür. Vuçiç vurğulayıb ki, hakimiyyət rəqiblərin qlobal qeyri-sabitlikdən sui-istifadə edə biləcəyi riskindən xəbərdardır./Unikal

Seçilən
40
1
bakivaxti.az

2Mənbələr